“Yuventus”un italyan keçmiş mərkəz müdafiəçisi Corco Kyellini MLS təmsilçisi “Los-Anceles” klubunun həmsahibi olub.
Arena.az bu barədə “Los-Anceles”in rəsmi saytına istinadən məlumat verir.
Xatırladaq ki, Kyellini futbolçu ikən, 2022-2023-cü illərdə “Los-Anceles”də çıxış edib. Kyellini “qara-qızılı şahinlər” üçün ümumilikdə 45 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Kyellini “Los-Anceles”lə MLS müntəzəm mövsümünü qazanıb və MLS Kubokunun qalibi olub.
Hazırda 40 yaşlı Kyellini “Yuventus”un futbol strategiyası üzrə direktoru vəzifəsində çalışır.
