EN

BMU INHA İDP tələbələri üçün yay məktəbi başlayıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 9 iyul, AZƏRTAC

Bakı Mühəndislik Universitetində Koreyanın INHA Universiteti ilə icra olunan ikili diplom proqramının tələbələri (BMU-INHA İDP) üçün növbəti yay məktəbinə start verilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, INHA Universitetinin 15 nəfərlik professor-müəllim heyəti tərəfindən aparılan 3 həftəlik yay məktəbində informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə dərslər keçirilir.

Akademik tədris ilinin davamı hesab olunan və iyulun 25-də başa çatacaq yay məktəbində koreyalı professor və müəllimlər sözügedən ixtisaslar üzrə “Siqnallar və sistemlər”, “Rəqəmsal məntiqi dövrə”, “Ətraf mühit və laboratoriya”, “Geodeziyanın əsasları və təcrübə”, “Maşın öyrənməyə giriş”, “Rəqəmsal sistemlərin layihələndirilməsi”, “Rəqəmsal siqnalların emalı”, “Avtomatik idarəetmə”, “Elektron dövrələri - II” fənlərini tədris edəcəklər.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında həyata keçirilən BMU-INHA İDP-nin icrasına 2020-ci ildə başlanılıb. 3+1 modelinə əsaslanan proqram çərçivəsində ümumilikdə 319 tələbə təhsil alır. Proqramdan 61 tələbə məzun olub, bu il isə 83 nəfərin məzun olması gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
1
azertag.az

2Sources