EN

İndoneziyada etdiyi zarafat həyatını dəyişdi Rizəyə xarici gəlin gəldi!

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rizenin Pazar qəsəbəsində yaşayan Faruk Tibikoğlu, tətil üçün getdiyi İndoneziyada tanış olduğu qadına etdiyi zarafatla həyat yoldaşını tapdı. Sözü zarafatla başlayan cütlük evlənərək Türkiyəyə, Rizəyə qayıtdı.

Sherg.az xəbər verir ki, Faruk Tibikoğlu Cakartadan olan Anitasari ilə qaldığı apart oteldə aparılan təmir zamanı tanış olub. Aralarında yaranan söhbət qısa müddət sonra sevgi münasibətinə çevrilib. Cütlük əvvəlcə İndoneziyada nikah bağlayıb, daha sonra isə Rizenin Pazar ilçəsində toy mərasimi keçirib.

Faruk Tibikoğlu:

“Ramazan Bayramında İndoneziyaya tətilə getmişdim. Orada rezervasiya etdiyim apart otelin sahibi olan həyat yoldaşımla tanış oldum. Zarafatla "Sən evlisan?" dedim, o da "Yox, subayam" dedi. Yenə dedim "O zaman mənimlə evlənərsənmi?". O isə bu zarafatı ciddiyə aldı və münasibətimiz belə başladı. Qısa müddətdə sənədləri topladıq və 9 mayda İndoneziyada evləndik. İndi isə burada toy edirik. Toydan sonra İzmirə köçməyi planlaşdırırıq, Türkiyədə qalacağıq.”

İndoneziyalı gəlin Anitasari isə bunları deyib:

“Türkiyəni çox sevdim. Mədəniyyət çox fərqlidir, insanlar İndoneziyalılar kimi çox səmimi və yardımsevərdir. Hər şey xoşuma gəldi.”

Rizedə keçirilən toy mərasimi yerli xalq tərəfindən böyük maraqla qarşılanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
1
sherg.az

2Sources