EN

Ankara 2026-cı il üçün “Türk dünyasının turizm paytaxtı” elan edilib

Türkiyənin paytaxtı Ankara şəhəri 2026-cı il üçün "Türk dünyasının turizm paytaxtı" seçilib. Bununla bağlı qərar Türk Dövlətləri Təşkilatının Turizm Nazirlərinin Ankarada keçirilən X toplantısında qəbul edilib.

Olaylar.az-ın xəbərinə görə, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.

Bununla bağlı sosial media hesabında paylaşım edən nazir Ersoy tarixi, mədəniyyəti və ruhu ilə bu adın Ankaraya çox yaraşdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
30
5
olaylar.az

7Sources