EN

Pensiya artımının faizi AÇIQLANDI 2025 ci il üçün...

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alaraq, təqaüdləri davamlı şəkildə artırır".

Bu fikirləri News24.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, təqaüdlər hər il avtomatik indeksasiya olunur:

"Bu proses işçilərin əməkhaqqı artımının faiz göstəricilərinə uyğun şəkildə təqaüdlərin artırılmasını təmin edir".

İqtisadçı təqaüdçülərə edilən artımların inflyasiyaya səbəb olmadığını deyib. O, bu artımların inflyasiya göstəricilərinə ciddi və əhəmiyyətli təsir göstərmədiyini xüsusilə vurğulayıb.

"Hazırkı inflyasiya artımı əsasən, idxal amilləri ilə bağlıdır. Yəni inflyasiya ölkəyə xarici məhsullar vasitəsilə daxil olur. Bu baxımdan təqaüdlərin artırılmasının inflyasiya üzərində nəzərəçarpacaq təsiri müşahidə edilmir", - deyə ekspert əlavə edib.

X.Kərimli eyni zamanda inflyasiyanın artmasında kreditləşmənin də mühüm rolu olduğunu bildirib:

"Kreditlərin həcminin artması əhali arasında istehlak xərclərinin çoxalmasına səbəb olur. Nəticədə daha çox alış-veriş edilir və bu da qiymət səviyyəsinə təsir göstərir".

Qeyd edək ki, pensiyalarda yanvar-iyul tarixlərində 10%-ə yaxın artım müşahidə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
12
icma.az

10Sources