EN

“İnter”dən Hakana xəbərdarlıq: “Bu tarixə qədər qərar ver”

A Seriyası klublarından “İnter” türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğluna ciddi xəbərdarlıq edib.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın hücumçusu Lautaro Martinezin “Fluminense” ilə oyundan sonra verdiyi qalmaqallı açıqlamadan sonra Türkiyə millisinin üzvünün gələcəyi sual altına düşüb.

İtaliya klubu məsələyə aydınlıq gətirmək üçün 31 yaşlı futbolçuya ultimatum göndərib: “Təlim-məşq toplanışının başlayacağı 26 iyul tarixinə qədər qərarını ver”.

İddialara görə, Hakanla “Qalatasaray” yaxından maraqlanır.

Qeyd edək ki, türkiyəli futbolçu 2021-ci ildən “İnter”in formasını geyinir.

Ançelottinin oğlu Braziliya klubunda - RƏSMİ

"Qalatasaray"da növbəti ayrılıq

Mikel Artetaya yeni köməkçi

Amorim 5 futbolçusuna qadağa qoydu

Qarsiyanın "Real"dakı gələcəyi müəyyənləşib

Chosen
151
25
apasport.az

10Sources