Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) elmiinkişaf strategiyasına uyğun olaraq gənc müəllimlər vədoktorantlarla mühüm görüş keçirilib. Görüşdə universitetin rektoruprofessor Gülçöhrə Məmmədova, elm və innovasiya məsələləri üzrəprorektor professor Nigar Aslanova, Doktorantura şöbəsinin müdiriZöhrab Xəlilov, Elmi-tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli,60-dan çox gənc müəllim və 30-a yaxın doktorant iştirak edib.
Görüşü açan rektor professor Gülçöhrə Məmmədova çıxışındaAzMİU-nun elmi-tədqiqat potensialının yüksəldilməsi istiqamətindəatılan addımlardan danışaraq, universitet rəhbərliyinin gəncalimlərə dəstəyinin davamlı xarakter daşıdığını bildirib. O, DAABbirliyi çərçivəsində dünyaca məşhur universitetlərdə çalışanalimlərlə qurulan əməkdaşlıq əlaqələrinin gənc tədqiqatçılarınbeynəlxalq elmi mühitə inteqrasiyasında mühüm rol oynayacağınıvurğulayıb. Rektor, həmçinin, doktorantlar üçün ikili rəhbərlikmodelinin tətbiq olunmasının onların elmi keyfiyyətini artıracağınainam ifadə edib.
Prorektor professor Nigar Aslanova çıxışında universitetdəakademik heyətin üçdə bir hissəsinin gənc müəllimlərdən ibarətolduğunu qeyd edərək, bu resursun universitetin gələcəyi baxımındanstrateji əhəmiyyət daşıdığını bildirib. O, gənc kadrların elmifəaliyyətə cəlb olunmasını stimullaşdırmaq məqsədilə universitetdəmüxtəlif dəstək mexanizmlərinin tətbiq olunduğunu diqqətəçatdırıb.
Doktorantura şöbəsinin müdiri Zöhrab Xəlilov son illərdədoktoranturaya qəbul olunanların sayında artımın müşahidəolunmasını təqdirəlayiq hal kimi dəyərləndirərək, bunun gənclərarasında elmi-tədqiqata marağın artdığını göstərdiyinibildirib.
Elmi-tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli isə gənc alimlərəbeynəlxalq indeksli jurnallarda — Web of Science, Scopus və bu kimikimi reytinq sistemlərində təmsil olunan nəşrlərdə məqalə dərcetməyin əhəmiyyətindən bəhs edib. O, gəncləri bu istiqamətdə təşkilolunan təlim və seminarların imkanlarından yararlanmağa çağırıb vəDayanıqlı İnkişaf Məqsədləri kontekstində mövzu seçimininbeynəlxalq qəbul üçün mühüm olduğunu qeyd edib.
Görüşün sonunda gənc müəllim və doktorantların suallarıcavablandırılıb, onların qarşılaşdıqları çətinliklər və təklifləridinlənilib. Belə görüşlərin mütəmadi keçirilməsi AzMİU-nun elmifəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, gənctədqiqatçıların dəstəklənməsi və universitetin beynəlxalqreytinqlərdə daha yüksək mövqelərə yüksəlməsi baxımından mühüməhəmiyyət kəsb edir.