EN

Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir


Mətləb Salahov: “Bakı İqtisadi Əməkdaşlıq Təşkilatına əlavə dinamika qazandıra biləcək əsas oyunçulardandır”

“Ötən həftə Xankəndində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın bölgənin lokomotiv iqtisadi və siyasi mərkəzinə çevrildiyini açıqca ortaya qoydu. Bu fakt həm də regionda yeni güc mərkəzinin formalaşdığına mühüm işarədir”.
Bu fikirləri “Bakı Xəbər”ə açıqlamasında jurnaıist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Azərbaycanın ECO üzvləri olan Mərkəzi Asiya respublikaları ilə münasibətlərinin yüksək səviyyədə olmasına bariz nümunə dəyəri 1 milyard avro həcmində olan Transxəzər fiber-optik ötürücü kabel xətt, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şərq-Qərb nəqliyyat dəhlizləri kimi beynəlxalq əhəmiyyətli layihələrin uğurla icra edilməsidir.

“Bir məsələyə xüsusilə diqqət edək. Hazırda ECO çərçivəsində ən sürətli inkişaf edən sahə nəqliyyat və logistika istiqamətidir. Xəzər dənizi üzərindən keçən və Orta və ya Trans-Xəzər marşrutu kimi tanınan nəqliyyat dəhlizi ötən il ərzində 4,5 milyon ton yük (63 faiz artım) və 50 500 TEU konteyner (2,6 dəfə artım) daşıyıb. Marşrutun buraxılış qabiliyyəti ildə 6 milyon ton və 100 min TEU həcmində müəyyən olunub. Bu amil, Azərbaycan üçün Ələt dəniz limanı və dəmir yolu qovşağını birləşdirən regional nəqliyyat mərkəzi statusunu daha da möhkəmləndirir. Azərbaycanın bu təşkilatdakı fəaliyyətini gücləndirməsi həm də rəsmi Bakının regional iqtisadi platforma və layihələrdə müəyyənedici tərəf statusunu da gücləndirir. Şübhədiz ki, bu həm də Azərbaycanın siyasi gücünə yazılan mühüm xaldır”.

Namiq Quliyev

Chosen
27
baki-xeber.com

1Sources