Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində keçiriləcək cüdo yarışları üçün Azərbaycan yığmasının heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, festivalda ölkəmizi 12 çəki dərəcəsində 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək.

Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq. 

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Qeyd edək ki, festivalın cüdo yarışlarında 44 ölkədən 341 idmançı (184 oğlan, 157 qız) qüvvəsini sınayacaq.

Qızlar 

44 kq

Gülşən Hüseynova

48 kq 

Nuranə Hacızadə

52 kq

Aysun Məmmədova 

57 kq

Səmayə Yusifli

63 kq

Ayan Əliyeva

+70 kq

Zemfira Əliyeva

Oğlanlar

50 kq

Rza Xəlilli

55 kq

Rəsul Əlizadə

60 kq

Zeyd Ələsgərov

73 kq

Məhəmməd Ağakişiyev

81 kq 

Amin Mehdiyev 

+90 kq

Sübhan Axundov