İsrail və ABŞ-nin İrana qarşı təcavüzü bütün Yaxın Şərqin təhlükəsizliyi üçün misli görünməmiş təhdidə çevrilib.
Operativ Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla görüşündə bildirib.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur ki, Əraqçi sionist və Amerika rejimlərinin BMT Nizamnaməsini, beynəlxalq hüququ və nüvə silahlarının yayılmaması rejimini açıq şəkildə pozan hərbi təcavüzünün Qərbi Asiyanın təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid yaratdığını vurğulayıb.
İranlı nazir və Səudiyyə Ərəbistanının vəliəhdi arasında danışıqlar iyulun 8-i axşam saatlarında baş tutub.