EN

“Qarabağ” futbolçusunu La Liqa klubuna göndərməyib

Ukraynalı jurnalist Mixail Spivakovski “Qarabağ”ın yarımmüdafiəçisi Aleksey Kaşukla bağlı iddia ortaya atıb.

Msport.az xəbər verir ki, o, ukraynalı futbolçunun İspaniya La Liqasında oynamaq imkanının olduğunu bildirib.

Onun sözlərinə görə, bu ilin əvvəlində “Valyadolid” 25 yaşlı vingeri icarəyə götürməyə çalışıb. Lakin ağdamlılar oyunçusunun icarə əsasında gedişinə razılıq verməyib: “Halbuki həmin vaxt “Valyadolid”in təklifi olduqca cəlbedici idi. Azərbaycanlılar düşündülər ki, oyunçunu qışda göndərib, yayda qaytarmağın mənası yoxdur”.

Spivakovski Ukraynanın gənclər millisinin sabiq üzvünün hazırda real təklifinin olmadığını sözlərinə əlavə edib: “Ötən mövsümün sonunda “Valyadolid” axırıncı yeri tutaraq La Liqanı tərk etdi. Kaşuk isə hazırda ideal formada deyil. Təbii ki, 8 qol və 7 assist uğursuzluq sayıla bilməz. Sadəcə, onun oyun vaxtı az idi. Hazırda isə “Qarabağ”ı tərk edəcəyini göstərən heç bir əsas yoxdur. Bunun reallaşması üçün ilk növbədə təklif olmalıdır”.

Qeyd edək ki, Aleksey Kaşukun “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Chosen
67
1
msport.az

2Sources