EN

Beynəlxalq tədbir zamanı qidalanmanın təşkilinə nəzarət məsələləri müzakirə edilib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ölkəmizin ev sahibliyi edəcəyi III MDB oyunlarının keçirilməsi zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar ictimai iaşə sahəsində fəaliyyət göstərən qida obyektlərinin nümayəndələri ilə onlayn görüş keçiriblər.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə nəzarət tədbirləri zamanı ictimai iaşə müəssisələrində aşkarlanan əsas uyğunsuzluqlar və yaranma səbəbləri, həmçinin uyğunsuzluqların aradan qaldırılması istiqamətində görülməli işlər və mövcud tələblər barədə məlumat verilib. İştirakçılar agentlik tərəfindən hazırlanmış “III MDB oyunları tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair təlimat” barədə məlumatlandırılıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
azertag.az

2Sources