EN

“Araz-Naxçıvan” Türkiyə klubu ilə qarşılaşacaq

Türkiyənin Ərzurum şəhərində yeni mövsümə hazırlıqlarını davam etdirən “Araz-Naxçıvan” ilk yoxlama oyununa çıxacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Elmar Baxşıyevin başçılıq etdiyi komanda yerli “Bayburtspor”la qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Naxçıvan klubu iyulun 11-də “Alanyaspor”la, 17-də isə “Trabzonspor”la üz-üzə gələcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) qarşılaşacaq. İyulun 24-də “Liv Bona Dea Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra səfərdə olacaq.

Chosen
42
3
operativmm.az

4Sources