Ağdam Füzuli avtomobil yolunda 20 nəfərin xəsarət almasıyla bağlı yaralılara tibbi yardım üçün Ağdam Təcili yardım stansiyasının 7 təcili yardım briqadası hadisə yerinə cəlb edilib.
Baş verən qəza zamanı yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına və Bərdə Diaqnostika Mərkəzinə çatdırılması üçün hazırda həkim briqadalar çalışır.
08:57
Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.