EN

Putindən yeni təyinat: Starovoytun yerinə Andrey Nikitin gətirildi

Putindən

Kreml Rusiya lideri Vladimir Putinin imzaladığı fərmanla Andrey Nikitinin rəsmi olaraq Rusiyanın nəqliyyat naziri təyin edildiyini açıqlayıb.VƏZİFƏDƏN AZAD EDİLƏN NAZİR ÖLÜ TAPILMIŞDIÖtən gün işdən çıxarılan nəqliyyat naziri Roman Starovoytun Rusiyada avtomobilində ölü tapıldığı və onun intihar etdiyi iddia edilmişdi.Starovoytun yerinə təyin olunan Nikitin bir müddət Rusiya Strateji Təşəbbüslər Agentliyinə rəhbərlik edib.2017-ci ilin oktyabrından 2024-cü ilin fevralına qədər Novqorod vilayətinin qubernatoru vəzifəsində çalışan Nikitin fevral ayından nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı.Rusiya prezidenti Putin Nikitini dünən Kreml sarayında qəbul edib.

Diqqət Çəkənlər

İSMAYILLI: "Günə baxan gözəllik" - VİDEO

Ermənistanda enerji savaşı alovlandı: Milyarderin ailəsinə basqın, şirkətə hücum

Kremldə ölüm sükutu: Starovoyt faciəsi şübhələri artırdı

Chosen
47
ulusum.az

1Sources