Qeyd edək ki, ötən mövsümün sonunda Joze Mourinyo komandasında bəzi dəyişikliyin olacağını açıqlamışdı. Ardınca Mourinyonun komandasında yer alan Salvatore Foti, Covanni Cerra və Luka Fatiqa yollarını ayırıb. Mourinyonun yeni köməkçiləri arasında türk məşqçilərin yer alacağı irəli sürülsə də, portuqaliyalı məşqçi əcnəbi mütəxəssislərə üstünlük verib.