EN

Şəmkirdə ağır qəza : Ölən və yaralananlar var

09:34 09.07.2025
09:34 09.07.2025

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndi ərazisində qeydə alınıb.

Şəmkir şəhər sakini, 1992-ci il təvəllüdlü Anar Atakişizadə KIA markalı 10-UR-057 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb.

Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər - Şiştəpə kənd sakinləri, 1993-cü il təvəllüdlü Orxan Atakişiyev, 1993-cü il təvəllüdlü Cəmil İbadullayev və 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. İ.Atakişiyev aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Chosen
46
mynews.az

1Sources