UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçları bu gün başa çatacaq.
İdman.biz xəbər verir ki, ikinci oyun günü 4 görüş keçiriləcək.
“Qarabağ”ın potensial rəqibləri də bu gün meydana çıxacaq. “Şelburn” İrlandiyada “Linfild”i qəbul edəcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
9 iyul
20:00. “Jalgiris” (Litva) – “Hamrun Spartans” (Malta)
21:30. FCSB (Rumıniya) – “İnter” (Andorra)
21:30. “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus)
22:45. “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya)
Qeyd edək ki, mərhələnin cavab oyunları iyulun 15-16-da keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” isə II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
İdman.biz