Qvatemalada baş verən silsilə zəlzələlər nəticəsində azı 2 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar nəticəsində 2 nəfər həyatını itirib, 324 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Zəlzələlər 43 binaya ciddi ziyan vurub. ABŞ Geoloji Xidmətinin məlumatına görə, ən güclü təkan 5,6 maqnitudada olub və episentri Villa Nueva şəhəri yaxınlığında, 10 km dərinlikdə yerləşib. Ölkədə bir neçə ardıcıl zəlzələ qeydə alınıb, onlardan biri 5,2 bal gücündə Eskuintla bölgəsində baş verib.