EN

Qayıdışın strategiyası “Karvan” da onların yolunu gedir

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Yeni mövsümdə elitada mübarizə aparacaq “Karvan” transfer çalışmalarını davam etdirir.

Yevlax təmsilçisi “Şamaxı”dan ayrılan Vüsal Məsimov, “Araz-Naxçıvan”la vidalaşan Vadim Abdullayev, “Turan Tovuz”la yollarını ayıran Eltun Turabov, “Səbail”i tərk edən Süleyman Əhmədovla anlaşıb. Vaxtilə “Neftçi”, “Qarabağ” kimi klublarda çıxış etmiş Araz Abdullayev də yeni mövsümə “Karvan”da başlayacaq. Baş məşqçi postunda dəyişiklik olduğu – Kənan Kərimovun Azər Həşimovla əvəzləndiyi də çıxan xəbərlərdəndir. Hərçənd, təyinat hələ rəsmi açıqlanmayıb.

Premyer Liqada yarışacaq 12 komandanın 11-i toplanışını açıqlayıb, əksər hissəsi artıq hazırlıqlara start verib. “Karvan”da isə bununla bağlı qeyri-müəyyənlik var. Klub hazırlıqla bağlı açıqlama yaymayıb.

Ötən mövsüm I Liqada üçüncü pilləni tutan komandanın meydançası da süni örtüklü olacaq. Əvvəl təbii örtüklü olacağı deyilsə də, son qərar süni oldu.

Qeyri-müəyyənlik komandanın əleyhinə ola bilər. Transfer siyasətində Premyer Liqa təcrübəsi olanlara üstünlük verən “Karvan” daha əvvəl “Şamaxı”nın, “Turan Tovuz”un elitaya qayıtdığı dönəmləri xatırladır. O vaxt bu klublar da Premyer Liqaya yüksələndən sonra klubuna lazım olmayan, elitada təcrübəsi olan futbolçularla güclənmiş, liqada qalmağı bacarmışdı. “Karvan”da da hədəf budur, lakin nə dərəcə alınacağını zaman göstərəcək.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
1
futbolpress.az

2Sources