BAKI, 9 iyul. TELEQRAF
Bu gün təbii fəlakət ABŞ-nin Ny- Meksiko ştatında müşahidə edilib.
Teleqraf xəbər verir ki, sosial şəbəkələrdə bu mövzuda görüntülər yayılıb.
Eyni zamanda xilasetmə xidmətləri çaylarda suyun səviyyəsinin sürətlə artması ilə bağlı xəbərdarlıq edir.
Bu arada Ruidoso kəndinin sakinləri su axınının yaşayış binalarını apardığını göstərən kadrlar paylaşırlar.
Media Nyu-Meksiko ştatında daşqın nəticəsində bir kişi və iki uşağın öldüyünü yazır.
Ştatda fövqəladə vəziyyət elan edilib.
Xatırladaq ki, bundan əvvəl Nyu-Meksiko ilə qonşu olan Texas ştatında güclü daşqın qeydə alınmışdı.