Kaluqa hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib...
Poliqon xəbər verir ki, bu barədə Rosaviasiyanın mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında məlumat verib.
"Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımdır", deyə agentlik nümayəndəsi yazıb.
Hava limanının fəaliyyəti bir neçə saat əvvəl məhdudlaşdırılıb. Korenyakonun sözlərinə görə, tədbirlər həm də uçuşların təhlükəsizliyini təmin etmək üçün həyata keçirilib. Təxminən 1,5 saat sonra məhdudiyyətlər götürülüb.
Poliqon.info