EN

Husilərin hücumuna məruz qalan “Magic Seas” gəmisinin batdığı təsdiqlənib

Bakı, 9 iyul, AZƏRTAC

Böyük Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkəti yəmənli husilərin hücumuna məruz qalan “Magic Seas” yük gəmisinin Qırmızı dənizdə batdığını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin nümayəndəsinə istinadla “Reuters” agentliyi məlumat yayıb.

Qeyd edək ki, yük gəmisi iyulun 6-da Yəmən sahillərində hücuma məruz qalıb.

Chosen
9
3
azertag.az

4Sources