EN

BCM daha bir dövlət liderinin həbsinə ORDER VERDİ

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) hakim "Taliban" qruplaşmasının lideri Heybətullah Axundzadə və Əfqanıstan Ali Məhkəməsinin rəhbəri Əbdül Hakim Həqqaninin həbsinə order verib.

Publika.az xəbər verir ki, bu barədə BCM-in saytında məlumat verilib.

Qeyd edilib ki, Axundzadə və Haqqani qızlara və qadınlara qarşı gender əsaslı təqiblərə göstəriş vermək, təhrik etmək və ya həvəsləndirmək yolu ilə insanlığa qarşı cinayətlər törədiblər.

BCM hesab edir ki, cinayətlər "Taliban" 2021-ci il avqustun 15-də hakimiyyəti ələ keçirdiyi andan Əfqanıstan ərazisində törədilib və ən azı 2025-ci il yanvarın 20-dək davam edib.

Chosen
34
3
publika.az

5Sources