EN

“Zirə”nin rəqibindən yeni transfer

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olacaq “Hayduk” yeni transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, Split təmsilçisi heyətini Adrion Pajaziti ilə gücləndirib.

"Fulhem"lə müqaviləsi bitən 22 yaşlı yarımmüdafiəçi "Hayduk"la 4 illik müqavilə imzalayıb. Adrion yeni klubunda 4 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Albaniya yığmasının futbolçusu ötən mövsümü icarə əsasında "Qoritsa"da (Xorvatiya) keçirib. Adrion 23 oyunda 3 dəfə fərqlənib.

Chosen
8
1
football-plus.az

2Sources