EN

Uşaqların oyun meydançasını parkinqə çeviriblər – Sakinlərdən ŞİKAYƏT – VİDEO

Parklanma məntəqəsi olmasa da, hər gün onlarla avtomobil park edilir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görülən tədbirlər çərçivəsində isə digərləri ilə yanaşı, sakinlərin də avtomobilləri cərimələnir.

Qarışıq vəziyyət paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən binalardan birinin qarşısında yaranıb. Belə ki, binanın oyun meydançası abadlaşdırılmadığından və baxımsız halda olduğundan yaxınlıqda yerləşən bazara gələn sürücülər nəqliyyat vasitələrini bu meydançada park edirlər. Bu isə bina sakinləri tərəfindən heç də xoş qarşılanmır.

Bina sakini Mahir Abdullayev deyir ki, məhəllədə digər nəqliyyat vasitələrinin parklanmasının qarşısı alınmaq əvəzinə onun öz avtomobilinə cərimə tətbiq edilib. Üstəlik onunla bərabər digər qonşulara da cərimə gəlib.

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli “Xəzər Xəbər”ə bildirdi ki, vətəndaşların müraciətləri əsasında qeyd edilən ərazidə Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Qayda pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb. O ki, qaldı bina sakininin cərimələnməsinə, tərtib olunmuş protokoldan şikayət olunar və ya müraciət edilərsə, araşdırılıb məsələyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
7
1
nocomment.az

2Sources