EN

Taylan Antalyalı və Matias Ross “Qalatasaray”ı tərk etdilər

Futbol üzrə Türkiyə çempionu “Qalatasaray” yarımmüdafiəçisi Taylan Antalyalı və müdafiəçisi Matias Rossla yollarını ayırdığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçunun klubla müqaviləsinin müddəti başa çatıb. İstanbul təmsilçisi onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Taylan Antalyalı “Qalatasaray”a 2019-cu ildə “Ərzurumspor”dan azad agent kimi keçmişdi. 30 yaşlı futbolçu İstanbul nəhənginin heyətində 102 matça çıxıb, 2 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Antalyalı son 3 mövsümdə “Ankaragücü”, “Samsunspor” və “Bodrumspor” kimi klublarda icarədə olub.

Matias Ross isə 2022-ci ilin yayında “Olborq”dan “Qalatasaray”a keçmişdi. 24 yaşlı danimarkalı müdafiəçi Türkiyə klubunun heyətində cəmi 2 oyuna çıxıb və qolla yadda qalıb. “Qalatasaray”da forma şansı qazana bilməyən futbolçu 2023/2024-cü illər mövsümündə “NEK Neymegen”də, ötən mövsüm isə Praqa “Sparta”sında icarədə olub.

Xatırladaq ki, “Qalatasaray” daha öncə Kerem Demirbay, Atakan Ordu, Fernando Muslera və Dris Mertenslə də yollarını ayırmışdı.

Yeri gəlmişkən, Türkiyə çempionu digər futbolçusu Halil Dervişoğlunu da “Rizəspor”a icarəyə verib. O, 2025/2026-cı illər mövsümünün sonunadək Rizə klubunda icarədə olacaq.

Chosen
36
arena.az

1Sources