EN

Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...


Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın prezident Emmanuel Makron tərəfindən buraxılması və bunun ardınca yenidən formalaşmasından bir il ötür. Bu o deməkdir ki, bir il ötdüyü üçün prezidentin qanunla yenidən Milli Assambleyanı buraxmaq imkanı var.

Qeyd edək ki, Makron Milli Assambleya ilə bağlı ciddi problemlər yaşayır. O səbəbdən prezidentin yenidən Milli Assambleyanı buraxmaq ehtimalı yüksəkdir. Bunun fonunda müxalifətdə olan solçu “Fəth edilməmiş Fransa” partiyasının lideri Manuel Bompard bildirib ki, ən ağlabatan həll təkcə növbədənkənar parlament seçkiləri deyil, həm də prezident seçkilərinin təşkili olacaq. Artıq iyirmidən çox namizəd dövlət başçısının yeri uğrunda mübarizəyə hazırdır. Onların arasında Fransa siyasətinin bir neçə veteranı, o cümlədən keçmiş prezident Fransua Olland da var.

Hazırda ölkədə ən populyar siyasi qüvvələrdən biri olan “Fəth edilməmiş Fransa” növbədənkənar qanunvericilik seçkilərinin keçirilməsinin tərəfdarıdır. Partiya fraksiyasının lideri Manuel Bompard Fransanın TF1 telekanalına müsahibəsində bildirib ki, dövlət başçısı ölkənin düşdüyü vəziyyətə görə məsuliyyəti öz üzərinə götürməlidir. O, Makronun iqtisadi və sosial islahatlarla bağlı siyasətində qanunverici orqanla hələ də razılığa gələ bilməməsini böyük problem adlandırıb. Buna görə də Manuel Bompard hesab edir ki, prezident qanunun tələb etdiyi kimi 2027-ci ildə deyil, vaxtından əvvəl yenidən seçilməlidir. Həqiqətən növbədənkənar prezident seçkilərinin keçirilməsi mümkündürmü? Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun Sosial və Siyasi Tədqiqatlar şöbəsinin aparıcı elmi işçisi Sergey Fyodorov NG Makronun istefasının hələ də şübhəli olduğunu qeyd edib: "Hazırda Fransada üç blok var, heç birinin çoxluğu yoxdur. Bu, çətin qeyri-populyar siyasi qərarların qəbul edilməsi lazım olanda gərgin konflikt vəziyyətləri yaradır. Lakin buna baxmayaraq, Makron könüllü olaraq getməyəcək, bunu bir neçə dəfə bəyan edib”. Fyodorov onu da qeyd edib ki, prezidentin vaxtından əvvəl istefası müxalifət üçün faydadan çox itkilərlə nəticələnəcək: “Bəli, Makron qeyri-populyardır və çoxları ona nifrət edir, lakin onun məcburi istefası üçün heç bir əsas yoxdur. Əksər partiyalar, o cümlədən müxalifət partiyaları xüsusilə ağır sosial-iqtisadi vəziyyəti nəzərə alaraq radikal addımlar atmağa hazır deyillər. Onlar anlayırlar ki, prezident belə qeyri-sabit zamanda istefa verərsə, bu, ölkə üçün fəlakətli addım olacaq”. Makron postunu erkən tərk etmək niyyətində olmasa da, prezidentlik yarışı praktiki olaraq artıq başlayıb. Hamı başa düşür ki, 0, 2027-ci ilə qədər gedə bilər. Hökumət blokunda namizəd olmaq hüququ uğrunda əsas mübarizə prezidentyönlü “İntibah” Partiyasının rəhbəri Qabriel Attal və sağ mərkəzçi “Horizons” partiyasının lideri Eduard Filipp arasında gedəcək. Hər ikisi hazırkı prezidentin dövründə baş nazir olublar. İndi onlar Makronun populyarlığını itirməsoi fonunda prezidentdən uzaqlaşırlar.

Hökumətyönlü Demokratik Hərəkat Partiyasına çox güman ki, hazırkı baş nazir 74 yaşlı Fransua Bayrou, Respublikaçılara isə Bayrounun həmyaşıdı, 2024-cü ildə hökumətə rəhbərlik etmiş Mişel Barnier və partiyanın sədri Bruno Retaillo daxil olacaq. Sollar ümumi namizəd seçməyi planlaşdırır. Sosialist Partiyası, Ekoloqlar və parlamentdə heç bir təmsilçiliyi olmayan kiçik, təsirsiz "Generation-s", "L'Apres" və "Debout!" partiyaları ilkin seçkilərdə iştirak edəcəklər. Bu barədə onların liderləri keçirdikləri görüşdə bildiriblər. Digər kiçik partiya olan “La France Insoumise” həmin görüşdə iştirak etməyib. Bu partiyanın 73 yaşlı qurucusu Jan-Lyuk Melenşon prezidentliyə namizəd olacaq. Bu, artıq onun prezident olmaq üçün dördüncü cəhdidir. Müasir Fransa tarixində ən qeyri-populyar dövlət başçısı kimi yadda qalan keçmiş prezident Fransua Olland böyük ehtimalla dövlət başçısı postu uğrunda mübarizəyə qoşulacaq. O, 2012-ci ildən 2017-ci ilə qədər bu vəzifədə olub. Səlahiyyətinin sonuna kimi onun reytinqləri o qədər aşağı olub ki, Makronun qalib gəldiyi növbəti seçkilərdə iştirak etməyə belə cəhd etməyib. Fransızlar Ollandı işsizliyin və dövlət borcunun artması, eləcə də zənginlər üçün daha yüksək vergi dərəcəsi tətbiq etmək kimi uğursuz cəhdlə xatırlayırlar. Olland hələ rəsmi olaraq namizədliyini irəli sürməyib, lakin yanvar ayından o, 2027-ci il seçkilərində solun iki namizədinin olacağını proqnozlaşdırır: radikal solçu Melenşon və daha mötədil islahatların adı açıqlanmayan tərəfdarı. Yəni özü. Həmçinin iyunun 19-da “Paris Match” jurnalının sosial media səhifəsində Olland və həyat yoldaşı kinoaktrisa Culiua Qayetin səhər yeməyi hazırladıqları video yayımlanıb. Videonun altında deyilir: “2027-ci il üçün pusquda olan cütlük?”. Beləliklə, Fransada keçiriləcək prezident seçkilərində səksən yaşı tamam olan “veteranları” gözləmək olar. Bunlar Olland, Melenşon, Bayrou və Barnierdir. Onların arasında təbii ki, seçkilərdə Marin Le Penin əvəzinə bu ifrat sağçı partiyanı təmsil edəcək “Milli Birlik” partiyasının 29 yaşlı sədri Cordan Bardella seçilir. Marin Le Pen Avropa Parlamentinin vəsaitlərinin sui-istifadəsi ilə bağlı məhkəmə hökmünə görə indi seçkilərdə iştirak edə bilməz. Hazırda kimin qalib gələcəyini proqnozlaşdırmaq çətindir. Vəziyyəti fransızların hazırkı hökumətdən ümumi narazılığı, xüsusən də ABŞ prezidenti Donald Trampın siyasətinin doğurduğu qlobal siyasi və iqtisadi qeyri-müəyyənlik daha da gərginləşdirir.

Nahid SALAYEV

Chosen
148
5
baki-xeber.com

10Sources