EN

FİFA PSJ nin iki futbolçusunu cəzalandırdı

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

FİFA-nın İntizam Komitəsi PSJ-nin iki futbolçusunu cəzalandırıb.

QOL.az xəbər verir ki, bunlar müdafiəçilər Uilyam Paço və Lukas Ernandesdir.

Klublararası dünya çempionatının 1/4 finalında "Bavariya" ilə oyunda (2:0) qırmızı vərəqə alan futbolçular iki oyunluq cəzalanıblar. Bu isə o deməkdir ki, sözügedən oyunçular PSJ-nin iyulun 9-da "Real"la keçiriləcək yarımfinal matçını və komanda finala çıxsa, həlledici görüşü də buraxacaqlar.

 Klubun yaydığı açıqlamada hər iki oyunçunun bu gün komandanı tərk edəcəyi bildirilib.

Bizi İnstaqramda izləmək üçün keçid et

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
49
4
qol.az

10Sources