EN

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapılıb

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.

Axar.az-ın Report-a istinadən məlumatına görə, meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndində ərazisindən keçən hissəsində aşkar edilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meytin kanaldan çıxarılması istiqamətində işlər görülür.

Faktla bağlı araşdırmaya başlanılıb.

Chosen
33
19
axar.az

10Sources