EN

Çin Alman təyyarəsini lazerlə hədəf aldı

Almaniya Xarici İşlər Nazirliyi bildirib ki, Çin ordusu Avropa Birliyinin ASPIDES əməliyyatı çərçivəsində bir Alman təyyarəsini lazerlə hədəfə alıb. Nazirlik bu hərəkəti qəbuledilməz sayır və Çin səfirini Berlində Xarici İşlər Nazirliyinə çağırıb.

News24.az CNN Türk-ə istinadən xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin sözçüsünün məlumatına görə, hadisə iyulun əvvəlində, Yəmən sahillərinə yaxın ərazidə baş verib. Çin döyüş gəmisinin əvvəlcədən xəbər vermədən təyyarəni lazerlə hədəfə alması bölgədə əvvəllər də baş vermiş insidentlərdən biridir.

ASPIDES əməliyyatı Avropa İttifaqı tərəfindən Qırmızı dəniz və ətrafındakı strateji dəniz yollarının təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilir.

Qeyd edək ki, 2018-ci ildə ABŞ və Çin arasında da oxşar lazer böhranı yaşanıb.


Xeyrənsə Piriyeva


Chosen
39
news24.az

1Sources