EN

Təhlükə yaratdı üstəlik hədə qorxu da gəldi: “Gəlib sənin boğazını üzərəm” VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın 8 Noyabr prospektində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 27-də saat 00:26 radələrində qeydə alınıb. Belə ki, “Ford” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Videodan da göründüyü kimi, o, sol tərəfdən gələn maşına əhəmiyyət vermədən həmin zolağa keçib. Bu vaxt görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü dəfələrlə siqnal verərək ona xəbərdarlıq edib. Daha sonra qayda pozan sürücü ona yaxınlaşaraq siqnal verməsinə iradını bildirib. Görünütünü qeydə alan sürücü “Yola çıxırsan baxda. Gərək qırılaq bataq. Siqnalı verməyə məcbur edirsən”, - deyə cavab verib. Qayda pozan şəxs isə onun bu cavabına əsəbiləşərək “Gəlib sənin boğazını üzərəm” deyərək sürücüyə hədə-qorxu gəlib. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
avtosfer.az

1Sources