EN

Ece Erken və Sinan Akçıl ayrıldı

Bir müddət əvvəl sevgili olduqları açıqlanan aparıcı Ece Erken və müğənni Sinan Akçıl sosial mediada bir-birini izləməyi dayandırdı.

News24.az Sözcü-yə istinadən xəbər verir ki, Ece Erken, 2022-ci ildə həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunu itirdikdən sonra uzun müddət çətin günlər keçirib. 3 il sonra Sinan Akçılla yeni bir eşqə başladı və bu münasibəti özü açıqladı.

Erken, tənqidlərə cavab olaraq, "Bırakın mutlu olayım" deyərək xoşbəxt olduğunu bildirib.

Lakin son günlərdə hər iki tərəfin Instagramda bir-birini izləməməsi onların ayrıldığı ehtimalını gündəmə gətirib.

Xeyrənsə Piriyeva


Chosen
43
1
news24.az

2Sources