ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Son həftələrdə dünyanın hazırda dünyanın ən varlı iş adamı, “Tesla” və “X” şirkətlərinin sahibi əslən Cənubi Afrikalı İlon Maskın yeni partiya qurmaq ideyası ən çox müzakirə edilən mövzuya çevrilib. İlon Mask qurmaq istədiyi “Amerika” adlı partiya üçün artıq müraciət də edib. Lakin onun partiya qurmaq ideyasını hökumət üzvləri, eləcə də dövlət rəhbərliyi müsbət qarşılamayıb. Sosial şəbəkələrdə isə amerikalılar maskın ideyalarını dəstəklədiklərini, onun siyasi arenada da uğur qazanacağını bildirirlər. Sual doğuran məsələ isə ondan ibarətdir ki, hazırkı ABŞ rəhbərliyi yeni partiyanın yaradılmasını niyə istəmir?
Bir çox nüfuzlu dairələr hesab edir ki, Maskın amerikalılar tərəfindən bu səviyyədə dəstəklənməsi hökuməti narahat edir. Digər tərəfdən, Maskın öz sosial şəbəkəsində bəyan etdiyi fikirlər də onun hazırkı hakimiyyətə qarşı hansı dərəcədə radikal olduğunu ifadə edir. Bu da həm Konqres, həm də Ağ Ev tərəfindən müsbət qarşılanmır. Belə ki, Mask özünün “X” hesabında izləyiciləri ilə paylaşdığı sorğuya 1.2 milyon şəxs qatılıb və onların üçdə-ikisi onun partiya qurmaq ideyasını dəstəkləyib. Bundan sonra iş adamı bu fikirləri paylaşıb: “Ölkəmizi israfçılıq və korrupsiya ilə müflis etmək məsələsinə gəlincə, biz demokratiya deyil, təkpartiyalı sistemdə yaşayırıq”.
Hazırkı vəziyyətdə cəmiyyəti maraqlandıran bəzi suallar var. Məsələn, İlon Maskın yeni siyasi partiya yaratmaq arzusu niyə hakimiyyət tərəfindən birmənalı qarşılanmır? Sosial şəbəkələrdə İlon Maskın təklif etdiyi layihələr təqdir edilir, lakin hakimiyyət bəzi layihələrin hazırkı siyasətlə ziddiyyət daşıdığını bildirir. Bəs Donald Tramp və tərəfdarları Maskın siyasi partiya ilə hökumətdə təmsil edilməsindən niyə çəkinir? Başqa hansı nüanslar var ki, hakimiyyət bu məsələdə tərəddüd edir?
Mövzu ilə əlaqədar politoloq Elxan Şahinoğlu Avtosfer.az-a açıqlamasında deyib ki, İlon Maskın partiya yaratmaq ideyası tək Donald Tramp və onun tərəfdarları, yəni hakim Respublikaçılar Partiyası tərəfindən narazılıqla qarşılanıb.
“Demokratlar Partiyası da bu ideyanı dəstəkləmir, baxmayaraq ki, Konqresdə Trampa müxalif mövqedədirlər. Buna səbəb, ənənəvi olaraq Amerikada iki partiyalı sistem formalaşıb, Respublikaçılar və Demokratlar.
Bu iki partiya Konqresdə bir-birilərini əvəz edirlər, Ağ Evdə bir-birilərini əvəz edirlər və beləcə uzun yüzilliklərdir ki, iki partiya arasında rəqabət edilir. Belə bir situasiyada hansısa tanınmış oliqarxın qəfil bir partiyaya yaratması və üçüncü partiya kimi meydana çıxması, əlbəttə ki, nə Respublikaçılar, nə də Demokratlar Partiyasını sevindirə bilər. Bununla belə, Maskın uğur qazanacağını zənn etmək də çətindir.
Ola bilsin, Mask uğurlu iş adamıdır, böyük layihələr həyata keçirib, öz beyninin məhsulunu ortaya qoyub. Amma partiya yaratmaq, hakimiyyətə iddialı olmaq, bir az fərqli siyasi məhfumdur. Ona görə də Maskın bu sahədə uğur qazanacağını söyləmək çətindir. Necə ki, hakimiyyətə gəlməyində Trampa dəstəki verdi və onun komandasına yer aldı, amma uğur qazanmadı. Bundan sonra 180 dərəcə mövqe dəyişərək Trampa radikal mövqədən çıxış etməyə başladı. Eləcə də, partiya yaratmaq ideyasında uğur qazanacağını zənn etmək müşkül mövzudur. Bir müddət keçəcək, böyük ehtimalla bu ideyasından da imtina edəcək”.
Səfər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.