EN

Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib

ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın rəsmi orqanları Azərbaycan əleyhinə iddiaları təsdiqləmir.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, bəzi şayiələrin əksinə olaraq, İranın qonşu ölkələri ilə İsrail arasında hərbi əməkdaşlığı ölkəsinin təhlükəsizlik qurumları təsdiqləməyib.

Məsud Pezeşkian vurğulayıb ki, əksinə bir sıra ölkələr İrana yardım etmək istəyiblər.

Bir müddət əvvəl İranın bəzi KİV və təhlilçiləri İsrailin İrana zərbələr endirən zaman bölgə ölkələrinin, o cümlədən Azərbaycanın hava məkanından istifadə etdiyini iddia edirdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
18
metbuat.az

10Sources