EN

QHT lərin BMT də təmsilçiliyi ilə bağlı növbəti təlim keçirilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 8-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən icra olunan “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsinin növbəti – 2-ci təlim sessiyası keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, BAMF-ın baş ofisində keçirilən təlimlərdə 23 nəfər QHT nümayəndəsi iştirak edib. Üç saata yaxın davam edən sessiyada insan hüquqları üzrə təlimçi-ekspert Sahib Məmmədovun “Beynəlxalq insan hüquqları sisteminin icmalı” mövzusunda çıxışı olub.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan QHT-lərinin beynəlxalq səviyyədə təmsilçiliyini artırmaq, onların BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi status əldə etmələrinə, BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin iş prinsiplərini öyrənmələrinə, müxtəlif istiqamətlərdə beynəlxalq hesabatlar hazırlamalarına dəstək olmaqdır. Ümumilikdə 12 sessiya nəzərdə tutulan təlimlər avqust ayının sonunadək davam edəcək. Layihənin sonunda təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
7
azertag.az

8Sources