EN

BCM Taliban liderləri barəsində həbs qərarı çıxarıb

ain.az, Apa.az saytına istinadən bildirir.

Beynəlxalq Cinayət Məhkəməsi Taliban liderləri barəsində həbs qərarı çıxarıb.

APA xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin saytında bildirilib.

Məlumata görə, Taliban Ali Rəhbəri Heybətullah Axundzadə və Ali Məhkəmənin sədri Əbdül Hakim Həqqani bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunur.

Sözügedən Taliban rəsmiləri qadınlara qarşı təzyiq göstərməkdə, Əfqanıstan xalqının fundamental hüquq və azadlıqlarını pozmaqda, onları təqib etməkdə, eləcə də bir sıra digər cinayətlərdə günahlandırılır ki, bunlara işgəncə, adamqaçırma, həbs, qətl və təcavüz daxildir.

Qeyd edək ki, Taliban 2021-ci il avqustun 15-də Əfqanıstanda hakimiyyətə gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
10
apa.az

10Sources