Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Publika.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Pakistan qardaşlıq əlaqələrinin inkişaf dinamikası vurğulanıb.
İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub.