Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 8-dəölkəmizdə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədriSərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti iləgörüşüb.
Bu barədə Trend-ə NazirlərKabinetindən məlumat verilib.
Görüşdə qarşılıqlı etimad və dəstəyə əsaslananAzərbaycan-Pakistan qardaşlıq əlaqələrinin inkişaf dinamikasıvurğulanıb.
İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluqifadə olunub.
Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti qeyd edilərəkAzərbaycan və Pakistanın qanunverici orqanları arasında qurulmuşqarşılıqlı faydalı əlaqələrin dövlətlərarası münasibətlərinhərtərəfli inkişafına müsbət töhfə verdiyi bildirilib.
Görüş zamanı həmçinin iki ölkə arasında müxtəlif sahələrdəəməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraqdoğuran digər məsələlər müzakirə olunub.