İtaliyalı mütəxəssis Salvatore Bokketti “Atalanta”nın gənclər komandasına baş məşqçi təyin olunacaq.
90deqiqe.Az-ın məlumatına görə, 38 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanacaq.
Peşəkar karyerasını bitirdikdən sonra Bokketti A Seriyası klublarından “Verona” və “Monza”nın sükanı arxasında olub. O, 2024-cü ilin fevralından bəri azad agent statusuna malik idi.
“Atalanta”nın U-23 komandası ötən mövsüm C Seriyasını səkkizinci pillədə tamamlayaraq pley-offa yüksəlsə də, yüksəliş əldə edə bilməmişdi.