EN

Rəvan Həsənov: İslamofobiya müsəlmanlara qarşı diskriminasiyaya yol açan təhlükəli tendensiyadır

İslamofobiya müsəlmanlara qarşı diskriminasiyaya yol açan təhlükəli tendensiyadır.

“Report” xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov Ərəb Dövlətləri Liqası və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) təşkilatçılığı ilə Qahirədə keçirilən “İslamofobiya: mövcud qlobal kontekstdə konsepsiya və təcrübə” adlı beynəlxalq konfransda deyib.

Mərkəzin icraçı direktoru bildirib ki, islamofobiya bu gün dünyada ciddi və sistemli ayrı-seçkilik problemidir, demokratiyanın əsas prinsiplərinə – bərabərlik, din azadlığı və ədalətə ziddir. Bu problem təkcə qərəz deyil, həm də qanunvericilikdə, mediada və ictimai rəydə müsəlmanlara qarşı diskriminasiyaya yol açan təhlükəli tendensiyadır.

O, islamofobiyaya qarşı mübarizənin yalnız müsəlmanların deyil, bütövlükdə insan haqlarının və demokratiyanın müdafiəsi olduğunu xüsusi vurğulayıb

Xatırladaq ki, tədbirin əsas məqsədi dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etmək, sülh, qarşılıqlı hörmət və təhlükəsizliyə töhfə verməkdir. Konfransda islamofobiyanın səbəbləri, onun yayılması, cəmiyyətlərə və beynəlxalq təhlükəsizliyə təsiri müzakirə edilib.

Nəzrin Abbas

Chosen
101
report.az

1Sources