"Fənərbağça" niderlandlı müdafiəçisi Ceyden Ostervoldenin müqavilə müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" 23 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər yeni sözləşmə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ostervolde 2023-cü ilin yanvarından "Fənərbağça"da çıxış edir. O, başa çatan mövsüm zədəsinə görə meydanlardan uzun müddət uzaq qalıb.
Niderlandlı futbolçunun yeni mövsümdə komandanın əsas simalarından biri olacağı gözlənilir.