EN

İmamoğlunun məhkəməsinin vaxtı məlum olub

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlunın diplomunun saxta olması iddiası ilə bağlı məhkəmə işi sentyabrın 11-nə təyin edilib.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Əkrəm İmamoğlu haqqında İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamə qəbul edilib.

İstanbul Məhkəməsi məhkəmə prosesinin sentyabrın 11-də keçirilməsinə qərar verib.

Qeyd edək ki, prokuror keçmiş bələdiyyə sədrinə 8 il 9 ay müddətinə həbs cəzası istəyib.

Ona qarşı rəsmi sənəddə saxtakarlığa yol verməsi ittihamı irəli sürülüb.

​​​​​​"Cebheinfo.az"

Chosen
7
8
cebheinfo.az

9Sources