EN

Sevilən yay meyvəsi zəhər saçır – Uşaqlar və hamilələr üçün təhlükə! + FOTO

Terapevt və psixoloji mütəxəssis Aysel Qasımova paytaxt supermarketlərindən birində satılan yemişdə təhlükəli dərəcədə yüksək nitrat səviyyəsinin olduğunu müəyyən edib.

Yenisabah.az xəbər verir ki, şəxsi sosial media hesabında paylaşdığı görüntüdə “Greentest ECO” cihazı ilə aparılan ölçməyə əsasən, yemişin tərkibindəki nitrat miqdarının 880 mq/kq olduğunu göstərib. Halbuki bu məhsul üçün icazə verilən norma 90 mq/kq-dır. Mütəxəssis qeyd edib ki, bu vəziyyət yalnız yemişlə məhdudlaşmır – qarpızlarda da oxşar göstəricilər qeydə alınıb.

Aysel Qasımova bildirib ki, xüsusilə hamilə qadınların və azyaşlı uşaqların belə məhsullardan uzaq tutulması vacibdir: Toyuqlu pizza

“Binaların altında satılan meyvə-tərəvəzlər də bu gündədir. Balaca uşaqlara verməyin. Allah insaf versin, nə deyim...”

Ekspert həmçinin satış şərtlərinə və məhsulun mənşəyinə nəzarətin gücləndirilməsini, bu sahədə dövlət strukturlarının daha aktiv olmasını vacib sayır.

Xatırladaq ki, yüksək nitrat tərkibli meyvə və tərəvəzlər insan sağlamlığı üçün təhlükəlidir və zəhərlənmə, hətta xroniki xəstəliklərə səbəb ola bilər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
37
1
yenisabah.az

2Sources