2024/2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 150 min 72 məzun adi, 7130 nəfər fərqlənmə attestatına, tam orta təhsil səviyyəsi üzrə isə 108 min 388 nəfər məzun adi, 6778 nəfər fərqlənmə attestatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.