EN

İşdən çıxarılan nazirin intiharı Kremli şoka salıb: Dərhal Putinə...

Kreml keçmiş nəqliyyat naziri Roman Starovoytun intiharı ilə bağlı xəbərlərdən şoka düşüb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu barədə dərhal Vladimir Putinə məlumat verilib.

Peskov jurnalistlərə Kremlin baş verənlərə reaksiyası ilə bağlı sualı cavablandırarkən deyib: "Bu, normal insanları şoka salmaya bilməz. Təbii ki, bu, bizi də şoka saldı".

O, Rusiya prezidenti Vladimir Putinə insidentlə bağlı dərhal məlumat verildiyini təsdiqləyib.

Eyni zamanda, Peskov baş verənlərin versiyaları və səbəbləri üzərində dayanmayıb. O qeyd edib ki, hazırda araşdırma aparılır.

Chosen
50
publika.az

1Sources