EN

“Bank Melli İran”ın xalis mənfəəti azalıb HESABAT

ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bank Melli İran"ın Bakı filialı 2025-ci ilin ilk yarımilliyinin maliyyə nəticələrini açıqlayıb.

Yenisabah.az bankın hesabatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri artsa da, inzibati xərclərin kəskin yüksəlməsi yekun mənfəətin azalmasına səbəb olub.

Hesabata əsasən, bank 2025-ci ilin yanvar-iyun aylarında 2 milyon 835 min manat faiz gəliri əldə edib. Bu, ötən ilin eyni dövründəki 2 milyon 404 min manatlıq göstərici ilə müqayisədə 431 min manat yaxud 17,9% çoxdur. Faiz xərclərinin sıfıra enməsi nəticəsində bankın xalis faiz gəliri 2 milyon 835 min manat təşkil edib ki, bu da illik müqayisədə 17,9% artım deməkdir. pizza

Hesabat dövründə bankın risklərin idarə edilməsində müsbət dinamika müşahidə edilib. Belə ki, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlara ayırmalar ötən ilki 1 milyon 912 min manatdan 1 milyon 129 min manata düşüb. Bu, ehtiyat ayırmalarının 784 min manat və ya 41% azaldığını göstərir.

Bankın xarici valyuta əməliyyatlarında da ciddi dönüş yaranıb. Əgər 2024-cü ilin ilk yarısında xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsindən 64 min manat zərər yaranmışdısa, bu il həmin əməliyyatdan 177 min manat gəlir əldə edilib. Bununla yanaşı, xarici valyuta əməliyyatları üzrə birbaşa gəlirlər bir qədər azalaraq 7 min 798 manatdan 6 min 627 manata enib.

Bankın haqq və komissiya gəlirləri 5 min 95 manatdan 6 min 389 manata yüksəlsə də, bu istiqamətdəki xərclər daha sürətlə artaraq 73 min 96 manatdan 79 min 927 manata çatıb. Bankın digər gəlirləri isə 3 min 978 manatdan 2 min 694 manata qədər azalıb.

Mənfəətin azalmasında həlledici rol oynayan əsas faktor isə inzibati xərclərin artması olub. Bu xərclər illik müqayisədə 93 min manat (12,2%) artaraq 759 min manatdan 851 min manata yüksəlib.

Hesabatda ticarət məqsədilə alınmış qiymətli kağızların satışından və ya torpaq, tikili və avadanlıqların xaric olmasından gəlir və ya zərər qeydə alınmayıb.

Nəticədə, bütün gəlir və xərclər nəzərə alındıqdan sonra bank 2025-ci ilin ikinci rübünü 3 milyon 226 min manat xalis mənfəətlə başa vurub. Bank 2024-cü ilin ilk yarımilliyində 3 milyon 437 min manat xalis mənfəət əldə etmişdi. Bu da illik müqayisədə mənfəətin 212 min manat və ya 6,2% azaldığını göstərir.

Hesabat dövründə "Bank Melli İran" mənfəət vergisi ödəməyib.

Nazim Hacıyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
1
yenisabah.az

2Sources