EN

Bu yolda əmələ gələn çuxurlar sürücülərə maddi ziyan vurur – VİDEO

Xırdalan şəhəri, Həsən Əliyev prospektinin yollarının pis vəziyyətdə olması sürücülər üçün çətinlik yaradır.

Bakues.az-a daxil olan şikayətə görə, həmin yoldan intensiv şəkildə istifadə olunur.

Şikayətçi bildirib ki, yoldakı çuxurlar nəqliyyat vasitələrinin sıradan çıxmasına səbəb olur:

“Artıq uzun müddətdir ki, sürücülər bu cür bərbad yoldan istifadə etmək məcburiyyətində qalıblar. Təəssüf ki, müvafiq qurumlar problemi görməzdən gəlirlər. Halbuki yolun qatar reysinə qədər gedən yolu darmadağındır. Nə piyadalar, nə də sürücülər bu yoldan rahat istifadə edə bilirlər. Hər gün maşınımız, üst-başımız toz-torpaq olur”.

Mövzuya aid videogörüntünü təqdim edirik:

https://bakues.az/public/uploads/2025/07/bakues_9eba5453544afe9c207f0585bf1bbdf0_aqo9kbv74w8r5nt6sfgz.mp4

Chosen
28
icma.az

1Sources