EN

İsrail ordusunun 5 əsgəri həlak oldu Foto

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Qəzzanın şimalında İsrail ordusunun 5 əsgəri həlak olub, 14-ü isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.

İlkin məlumata görə, bir qrup əsgər Beyt Hanun bölgəsində minaya düşüb. Eyni insidentdə iki döyüşçüsü isə ağır yaralanıb.

Qeyd edək ki, ötən gün axşam İsrail ordusu Beyt Hanunda növbəti hərbi əməliyyata başlayıb. Əməliyyatı həyata keçirmək üçün xeyli qüvvə cəlb edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
59
2
axar.az

3Sources