"Roma" qapıçısı Mile Svilarla müqavilə müddətini uzadacaq.

Offsideplus.az xəbər verir ki, yeni sözləşmənin müddəti 2030-cu ilin yayına qədər olacaq.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Svilarla "Qalatasaray" da yaxından maraqlanırdı.

Serbiyalı qapıçı 2022-ci ildən "Roma"da çıxış edir. O, son mövsümdə 51 oyunda qapını qoruyub, bu matçların 19-da qapısında qol görməyib.